main-post-cover

    Galaxy S11 barəsində yeni məlumat verildi

    Elm & Texnologiya
    04.11.2019
    Emil Nəcəfov
        Baxmayaraq ki, Galaxy S11-in təqdimatına hələ bir xeyli vaxt var, onun barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə Ice Universe ləqəbi ilə tanınan məşhur insayder bildirib ki, Galaxy S11 modeli böyük ehtimal ilə 108 MP-lik kamera modulunu əldə edəcək. Bu barədə Gagadget saytı xəbər verib.
        Söhbət, Samsung şirkətinin 108 MP-lik ISOCELL Bright HMX kamera modulundan gedir. Həmin kamera 12032x9024 piksel keyfiyyətli fotolar və saniyədə 30 kadr sürətlə 6K videolar çəkə bilir. Qeyd etmək lazımdır ki, bu cür kamera modulu Mi Mix Alpha smartfonunda quraşdırılıb. Həmçinin onun Mi Note 10 Pro modelində də olacağı gözlənilir. Galaxy S11 smartfonu Picasso kod adına sahibdir.
    Linki kopyala