main-post-cover

    Galaxy Note 9-un keyfiyyətli render və real fotoları sızdırıldı

    Elm & Texnologiya
    18.07.2018
    Emil Nəcəfov
        Baxmayaraq ki, Galaxy Note 9-un sızdırılmış yeni fotoları heç bir sürpriz sərgiləmir, bu yeni fotolar Samsung şirkətinin flaqman modelinə daha yaxşı baxışı təqdim edir. Smartfonun press render fotosu məşhur insayder Evan Blass tərəfindən təqdim olunub. Onun daha əvvəlki proqnozlarının necə dəqiq olduğunu nəzərə alsaq paylaşılmış fotoya şübhə etməyə ehtiyac qalmır.

        Evan Blass tərəfindən təqdim olunmuş fotonu həmçinin digər istifadəçi tərəfindən təqdim edilmiş real fotolar da təsdiqləyir. Fotolardan da görmək olar ki. smartfonun ön paneli tamamilə Galaxy Note 8-ə bənzəyir. Arxa panel isə bəzi dəyişikliklər ilə qarşılaşıb. Belə ki, yeni modeldə barmaq izi skanı texnologiyası arxa panelin orta hissəsində kamera və işıqlandırma sistemi isə ondan yuxarıda yerləşdirilib. Qeyd etmək lazımdır ki, Galaxy Note 9-un rəsmi təqdimatı 9 Avqust tarixində baş tutacaq.

    Linki kopyala