main-post-cover

    Galaxy Note 9 Geekbench testindən keçdi

    Elm & Texnologiya
    29.03.2018
    Farid Pardashunas
        Geekbench testi onu göstərir ki, Galaxy Note 9 8 nüvəli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Bu cür texniki göstərici həmçinin Galaxy S9 Plus modelində də var. Bununla belə çox güman ki, Note 9-un beynəlxalq versiyası Exynos 9810 prosessoruna sahib olacaq. Galaxy Note 9 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Onu da qeyd etmək lazımdır ki, smartfonun Geekbench test nəticələri heç də təəccübləndirmir.

        Çoxnüvəli testdə smartfon 8806 xal, birnüvəli testdə isə 2190 xal yığıb. Bu göstəricilər Snapdragon 845 prosessoruna sahib olan Galaxy S9 Plus modelinin göstəricilərinə (8420 və 2390) yaxındır və Exynos 9810 prosessoruna sahib Galaxy S9-un göstəricilərindən (8894 və 3648) aşağıdır. Buna baxmayaraq smartfonun optimizasiya olunması üçün şirkətin hələ yarım il vaxtı var. Samsung çox güman ki, Galaxy Note 9-u bu ilin Avqust ayında təqdim edəcək. Qeyd etmək lazımdır ki, yeni Note modeli şirkətin ekrana barmaq izi skanı texnologiyasının inteqrasiya olunduğu ilk modeli ola blər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər