Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb

Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb

Texnologiya
22.04.2020 PAYLAŞIM

    Adətən Samsung şirkətinin yeni məhsulları barəsində məlumat sızıntıları kənar resurslar tərəfindən edilir. Lakin bu məsələdə bəzən istisnalar da olur. Belə ki, bir sıra hallarda yeni məhsullar barəsində məlumat sızıntısı məhz şirkətin saytında baş verir. Bu dəfə də belə bir hadisə baş verib. Belə ki, Samsung-un rəsmi saytında əvvəlki insayder məlumatlarına uyğun gələn və hələ anons edilməmiş yeni smartfon modelinin fotosu ortaya çıxıb. Söhbət, Galaxy Note 20-dən gedir. Bu barədə Gizchina saytı xəbər verib.


    Samsung Rewards saytında ortaya çıxmış fotoya əsasən Galaxy S10+Galaxy S20 arasında əks olunan smartfon, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq. Lakin heç istisna deyil ki, ön kamera ekranın yuxarı sol hissəsində yerləşsin. Smartfonun sağ kənar hissəsində fiziki düymələr yoxdur. Bundan əlavə olaraq fotodan da görmək olar ki, smartfon minimal çərçivələrə sahib səthi ekran ilə təchiz olunacaq.

    Br neçə müddət bundan öncə insayderlər tərəfindən təqdim edilmiş qeyri rəsmi render foto həm də Galaxy Note 20-nin arxa panelini sərgiləyir. Əgər həmin foto həqiqətə uyğundursa, deməli Galaxy Note 20-nin arxa kamera sistemi Galaxy S20 Ultra modelindəki kimi olacaq. Bura həmçinin 108 MP-lik kamera sensoru da daxildir. Galaxy Note 20 smartfon seriyasının bu ilin avqust ayında təqdim olunacağı gözlənilir. Onun texniki özəllikləri və qiyməti barəsində heç bir məlumat yoxdur.



DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×