main-post-cover

    Galaxy Note 10 Lite Geekbench testlərindən keçdi

    Elm & Texnologiya
    28.11.2019
    Farid Pardashunas
        Bir neçə ay ərzində internetdə məlumat gəzirdi ki, Samsung şirkəti Galaxy Note 10-un daha sadələşdirilmiş versiyası olan Galaxy Note 10 Lite üzərində çalışır. İndi isə bu məlumatı təsdiqləyən sübut ortaya çıxıb. Belə ki, sözügedən smartfon məşhur Geekbench bençmark saytının testlərindən keçib. Geekbench testləri sayəsində smartfonun texniki özəllikləri məlum olub. Bu barədə Mysmartprice saytı xəbər verib.
        Geekbench-in məlumatlar bazasında Galaxy Note 10 Lite modeli SM-N770F model nömrəsi ilə qeyd edilib. Daha öncəki məlumat sızıntılarında qeyd olunurdu ki, bu model nömrəsi məhz Galaxy Note 10 Lite smartfonuna aiddir. Beləliklə smartfon Geekbench-in birnüvəli testində 667 xal, çoxnüvəli testində isə 2030 xal toplayıb. Bençmark məlumatlarına əsasən smartfon Exynos 9810 prosessoru, 6 GB RAM ilə təchiz olunub və Android 10 əməliyyat sistemi vasitəsilə çalışır.
        Bundan əlavə olaraq insayderlər öyrəiblər ki, FFC sertifikatlaşdırma agentliyi S Pen stilusunu sertifikatlaşdırıb. Çox güman ki, Galaxy Note 10 Lite modeli sertifikatlaşdırılmadan keçmiş bu S Pen stilusu ilə təchiz olunacaq. Maraqlısı ondadır ki, FCC-də olan məlumata əsasən smartfonun fotosu 25 may 2020-ci il tarixindən tez ortaya çıxmayacaq. Bu isə smartfonun təqribi təqdimat tarixinə işarə edir. Galaxy Note 10 Lite modelinin dəqiq texniki göstəriciləri və qiyməti barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər