main-post-cover

    Galaxy Note 10 ilə Note 10+ smartfonlarının press render fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    11.07.2019
    Farid Pardashunas
        7 avqust tarixində Samsung şirkəti Galaxy Note 10 smartfon seriyasını təqdim edəcək. Gözləntilərə əsasən şirkət 4 Galaxy Note 10 modeli təqdim edəcək: Galaxy Note 10, Galaxy Note 10+, Galaxy Note 10+ 5GGalaxy Note 10e. İndi isə internetdə adi Galaxy Note 10 ilə Galaxy Note 10+ modellərinin press-render fotosu ortaya çıxıb. Bu barədə Mysmartprice Sammobile saytlarına istinadən Gagadget saytı xəbər verib.

        Press render fotodan da görmək olar ki, Galaxy Note 10 modelinin ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşəcək. Lakin Galaxy S10 modelindən fərqli olaraq həmin kiçik dairəvi hissə ekranın yuxarı sol hissəsində deyil, mərkəzində yerləşəcək. Ekranın ətrafında nazik çərçivələr mövcuddur. Gövdənin küncləri isə dairəvi formada deyil daha kəskin düz formadadır.

        Əvvəlcədən də bildirildiyi kimi smartfonda qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsi və Bixby səsli köməkçisini işə salmaq üçün olan ayrıca düymə yoxdur. Arxa paneldə üç kamera modulu yerləşir. Lakin Galaxy Note 10+ modeli 4 arxa kamera moduluna sahib olacaq. Son məlumat sızıntılarına əsasən yeni Galaxy Note 10 seriyasına daxil olacaq smartfonlar 6.28 düym, 6.4 düym, 6.7 düym və 6.75 düym Infinity-O ekran, Snapdragon 855 / Exynos 9825 prosessoru, 8/10/12 GB RAM sürətli enerji yığma texnologiyalı 3400-4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər