main-post-cover

    Galaxy Fold 2 barəsində yeni məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    25.12.2019
    Emil Nəcəfov
        Bu il təqdim edilmiş qatlana bilən smartfon modellərinin konstruksiyaları öz aralarında fərqlənsələr də onların bir ortaq cəhətləri var. Belə ki, həmin smartfonlar cızıqlara dözümlü olmayan plastik örtüklü ekranlara sahibdirlər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, ortaya çıxmış məlumata əsasən Samsung şirkətinin Galaxy Fold 2 smartfonu şüşə materialdan olan örtüyə sahib ekranla təchiz olunacaq. Bu barədə Androidpolice saytı xəbər verib.
        Ice Universe ləqəbi ilə tanınan məşhur insayder qeyd edib ki, Galaxy Fold 2-nin ekranı yeni nəsil ultranazik elastiki şüşə material ilə örtülü olacaq. Galaxy Fold 2 bu cür ekrana sahib ilk smartfon modeli olacaq. Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, şirkət Ultra Thin Glass adlı ticarət nişanını qeydiyyatdan keçirdib və artıq cızıqlara dözümlü olan şüşə örtüklərin istehsal olunması üçün öz partnyorları ilə razılığa gəlib. Gözləntilərə əsasən Galaxy Fold 2 gələn ilin fevral ayında yeni Galaxy S seriyası ilə birlikdə təqdim olunacaq. 
    Linki kopyala