main-post-cover

    Galaxy A7 (2018) modelinin dizaynı və məlumatları sızdırıldı

    Elm & Texnologiya
    27.10.2017
    Farid Pardashunas
    Galaxy A3, A5 və A7 seriyasının əsas məqsədi orta qiymət müqabilində istifadəçiyə premium dizayn özəlliyini təqdim etməkdir.

    Bir neçə müddət bundan öncə Galaxy A7 haqqında paylaşılmış məlumatlar bunu təsdiqləyir. Belə ki, xarici görünüşcə o, Galaxy S8-in büdcəli versiyasına bənzəyir. Təbii ki, texniki göstəricilərinə görə də Galaxy A7, Galaxy S8-dən geridədir. Ümumiyyətlə Galaxy A seriyası dizayn baxımından Galaxy S seriyasını təkrarlayır. Galaxy S seriyası metal korpusa keçid edəndən sonra Galaxy A seriyası da metal korpusa keçdi.

    Galaxy S seriyası ön və arxa tərəfdən şüşə örtüyə sahib olandan sonra Galaxy A seriyası da bu özəlliklə təmin olundu. Beləliklə şirkətin yeni flaqman modelləri korpusun ekrana 18:9 nisbətini əldə etdikdən sonra yeni Galaxy A modelləri də buna sahib olacaqlar. Təbii ki, hər iki seriya arasında fərqliliklər də var. Belə ki, Galaxy A7 (2018) modeli 6 inç-lik Full HD+ ekranla təmin olunub.

    Demək olar ki, çərçivəsiz ekrana sahib olacaq Galaxy A7 (2018), Galaxy S8 və Note 8 kimi əyilmiş kənarlardan məhrum olacaq. Galaxy A7 (2018)-in daxilində Exynos 7885 prosessoru və 6 GB RAM olacaq. Bununla yanaşı yeni A seriyasının bütün modelləri ikili arxa kameralar ilə təchiz olunacaqlar. Hələki yeni Galaxy A seriyasının nə zaman təqdim olunacağı haqqında məlumat yoxdur. Lakin çox güman ki, yeni seriyalar gələn ilin Fevral ayında təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər