main-post-cover

    Foxconn şirkəti Huawei smartfonlarının istehsalatını dayandırıb

    Elm & Texnologiya
    03.06.2019
    Farid Pardashunas
        ABŞ hökuməti tərəfindən tətbiq edilmiş sanksiyalar səbəbilə Huawei şirkətinin işləri daha da çətinləşir. Bu sanksiyalar həmçinin ən böyük elektronika istehsalçılarından biri olan Foxconn şirkətinə də təsir edib. Bu barədə The South China Morning Post saytına istinadən Gagadget saytı xəbər verib. Hələ bu ilin əvvəlindən başlayaraq Foxconn Huawei şirkətinin satışlarının artması səbəbilə yeni işçilərin götürülməsinə start vermişdi.
        Lakin indi şirkət ABŞ sanksiyaları səbəbilə Huawei şirkətinin sifarişlərini ixtisara salmağa başlayıb. Məlumata əsasən bu səbəbdən Foxconn şirkəti öz istehsalat xətlərinin bir hissəsinin dayandırılmasına məcbur olub. Əsasən Huawei şirkətinin Honor brendinin keçən ayın sonunda təqdim etmiş olduğu Honor 20 ilə Honor 20 Pro flaqman smartfon modellərinin istehsalı dayandırılıb. Bu prosesin nə qədər vaxt çəkəcəyini söyləmək mümkün deyil. Foxconn bu məsələdə o qədər də zərər görməyəcək. Belə ki, şirkətin Apple Xiaomi kimi sifarişçiləri var. Lakin Huawei şirkətinə bu böyük təsir göstərə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər