Foxconn şirkəti 18 yaşına çatmamış işçiləri məcbur şəkildə gecələr işlədirmiş

Foxconn şirkəti 18 yaşına çatmamış işçiləri məcbur şəkildə gecələr işlədirmiş

Texnologiya
10.08.2019 PAYLAŞIM

    Elektronika istehsalı ilə məşğul olan Foxconn şirkəti Amazon-un ağıllı səsgücləndirici modellərinin istehsal planını yerinə yetirmək üçün 16 yaşlı işçiləri gecələr çalışmağa məcbur edibmiş. Bu xəbəri The Guardian saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumatı isə anonim qalmaq istəyən Foxconn işçiləri veriblər. İstehsalat planını yerinə yetirmək üçün işçi sayını artırmaq səbəbilə Foxconn şirkəti texnikumdan olan 16-18 yaşlı tələbələri stajçı kimi işə cəlb edib. Şirkət sənədlərindən birində qeyd olunub ki, bu üsulla işçilərə sərf olunan vəsaitlər azaldılır. Belə ki, hər bir məktəbli ortalama 1 iş saatına görə 2.34$ qazanır. İxtisaslaşmış işçi isə hər iş saatına görə 2.86$ qazanır.

    Məlumata əsasən Foxconn şirkəti 18 yaşına çatmamış bir çox işçiləri gecələr də işləməyə məcbur edib. Bu isə Çin qanunvericiliyinin pozulması deməkdir. Məlumatda qeyd edilib ki, tələbələrin işə cəlb olunmasında müəllimlərin də böyük rolu olub. Belə ki, onlar öz tələbələrinə bu istiqamətdə stimul verirdilər. Həmin işçilərdən 17 yaşlı birisi qeyd edib ki, ilk öncə o, 5 günlük 8 saat iş qrafiki üzrə razılıq əldə etmişdi. Daha sonradan isə o, həftənin 6 günü 10 saatlıq rejimlə çalışmalı oldu.

    Məktəbli bu cür iş qafiki yüksəlişinə razı olmadığı zaman onun müəllimi qeyd edib ki, bu halda onun staj müddəti ləğv olunacaq və bu da öz növbəsində onun təhsil qymətlərinə və stipendiyasına təsir edəcək. Foxconn isə bu problemi etiraf edib və bildirib ki, bu cür vəziyyətin təkrarlanmaması üçün stajçı proqramı üzərində nəzarəti gücləndirəcək. Amazon şirkəti isə bu vəziyyəti düzəltmək üçün hazır olduğunu bildirib və bu məsələnin araşdırılması üçün Foxconn zavodlarına öz işçilərini göndərib.

    2017-ci ildə Amazon ilə Foxconn şirkətləri Echo Echo Dot ağıllı səsgücləndiriciləri və o cümlədən Kindle planşetinin istehsalatlarının yüksəldilməsi üçün razılıq əldə etmişdilər. Nəticədə Foxconn əlavə olaraq bir neçə min yeni işçini cəlb etməli oldu. Bu ilin yanvar ayında isə Amazon şirkəti 100 milyondan çox satılmış ağıllı səsgücləndirici statistikasını təqdim etmişdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple bu il kompakt ölçülərə sahib iPhone 12 mini smartfon modelini təqdim edə b..

Son illərdə Apple şirkəti hər il 2 və ya 3 iPhone modeli təqdim edir. Qeyd etmək lazımdır ki, bu ili..


Apple şüşə materialdan hazırlanmış gövdəyə sahib iMac-ın patentini əldə etdi..

ABŞ-ın patent bürosu Apple şirkətinin yeni patent sorğusunu təsdiqləyib. Həmin patent sorğusunda şir..


Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran əldə edəcək..

Xiaomi-nin müstəqil şəkildə fəaliyyət göstərən Poco brendi dünən öz yeni smartfon modeli olacaq Poco..


Pulsuz antivirus Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılı..

Pulsuz versiyası olan Avast antivirusunun şirkəti milyonlarla istifadəçi məlumatını satmaqda günahla..


Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il flaqman smartfonlar seqmentinə geri qa..


Qatlana bilən Galaxy Z Flip smartfonu Galaxy S20-dən bir qədər sonra təqdim olun..

Son məlumatlarda qeyd olunurdu ki, Samsung şirkəti 11 fevral tarixində Galaxy S20 flaqman smartfon s..