main-post-cover

    FBI, smart televizorların təhlükəlikləri barəsində istifadəçilərə xəbərdarlıq etdi

    Elm & Texnologiya
    02.12.2019
    Farid Pardashunas
        Artıq birinci il deyil ki, məşhur antivirus şirkətləri smart cihazların hack olunması mümkünlüyü barəsində barəsində istifadəçilərə xəbərdarlıq edirlər. Lakin bu cür xəbərdarlıq FBI-dan gələn zaman istər-istəməz istifadəçi öz smart cihazın gizli imkanları barəsində düşünməli olur. Belə ki, rəsmi FBI saytında smart televizorlar ilə düzgün şəkildə davranmaq qaydaları əks olunublar. Bu barədə Slashgear saytı xəbər verib.
        Beləliklə ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun verdiyi məluata əsasən istifadəçilər ilk növbədə aktivləşdirdikləri hər bir smart cihazın konfidensiallıq siyasətinə fikir verməlidirlər. Çox zaman istehlakçılar tərəflər arasındakı qaydalar və öhdəlikləri nəzərə almırlar. Baxmayaraq ki, həmin qaydalarda istifadəçi məlumatlarının üçüncü tərəflərə ötürülməsi kimi mübahisəli məqamlar var.
        Artıq dəfələrlə istifadəçinin izlənməsi yolunda smart televizorların uzaqdan hack olunması kimi hadisələr baş verib. Belə ki, təhlükəsizlik səviyyəsi aşağı olan Wi-Fi şəbəkəsinə qoşulu olan hansısa cihaz üzərində idarəetməni əldə etmiş hacker həmin cihazın daxilindəki məlumatları əldə etməklə yanaşı həmçinin cihazda olan kamera və mikrofon vasitəsilə istifadəçini izləyə də bilər. Qeyd etmək lazımdır ki, FBI tərəfindən qeyd edilmiş bu məlumatlar ümumiləşdirilmiş xarakter daşıyır və internet təhlükəsizliyi üzrə əsas prinsipləri xatırladır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər