main-post-cover

    Falcon 9 Yer kürəsinə oxşar planetlərin axtarışı üçün olan peyki kosmosa göndərdi

    Elm & Texnologiya
    19.04.2018
    Farid Pardashunas
    Elon Musk-ın SpaceX şirkəti NASA-nın peykini Falcon 9 raketi vasitəsilə Yer kürəsinin orbitinə göndərib. Sözügedən peyk həyatın var ola biləcəyi potensial planetlərin axtarılması üçün nəzərdə tutulub. TESS Mission adlı uçuş missiyası SpaceX-in rəsmi saytında canlı yayım vasitəsilə insanlara təqdim olunmuşdu. Raket Floridadakı kosmodromdan start götürmüşdü. Startdan 3 dəqiqə sonra raketin birinci hissəsi uğurla raketdən ayrılmış və 6 dəqiqə sonra Atlantik okeanındakı “Of Course, I Still Love You” adlı platformaya uğurlu eniş etmişdi.
    Təqribi olaraq 1 saatdan sonra isə aparat lazımi orbitə çıxmışdır. TESS (Transiting Exoplanet Survey Satellite) adlı peyk Yer kürəsinə bənzər planetlərin axtarışı üzrə 200.000 ulduzun analiz olunması üçün orbitə göndərilib. Aparat yüksək elliptik orbot üzrə hərəkət edərək ulduzları və onların ətraflarındakı yerləri skan edəcək. Bu proses 2 il davam edəcək və məlumatlar peykdən hər 13 gündən bir Yer kürəsinə göndəriləcək.
    Sözügedən peyk ulduzların ətraflarındakı qaranlıq əraziləri analiz etməyə çalışacaq. Qeyd etmək lazımdır ki, ulduzların ətraflarındakı qaranlıq ərazilər əsasən planet kimi obyektlər sayəsində formalaşır. Son məlumatlara əsasən alimlər Yer kürəsinə bənzəyən 11 planet haqqında məlumatlara sahibdirlər. Həmin planetlər Yer kürəsindən 50 işıq ili uzaqlığında yerləşirlər. Onlardan ən yaxını isə Ross 128 b adlı planet hesab olunur. O, Günəşdən 11 işıq ili uzaqlığında yerləşir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər