Facebook'un süni zəka texnologiyası poker oyununda professional oyunçulara qalib gəlib

Facebook'un süni zəka texnologiyası poker oyununda professional oyunçulara qalib gəlib

Texnologiya
12.07.2019 PAYLAŞIM

    Facebook şirkəti Karnegi-Mellon Universiteti ilə birlikdə süni zəka texnologiyasına sahib Pluribus adlı bot yaradıblar. Həmin bot isə limitsiz holdemdə (pokerin ən məşhur növü) professional oyunçulara qalib gəlib. Bu barədə Macdigger saytı xəbər verib. Bu cür süni zəka botunu yaratmaq çox qəlizdir. Çünki şahmatdan fərqli olaraq pokerdə gizli məlumat var. Söhbət, rəqiblərin kartlarından gedir.

    Pluribus adlı bot isə öz rəqiblərinin hansı kartlara sahib olduqlarını təyin etməyə çalışıb. Sözügedən bot ilə müxtəlif vaxtlarda World Series of Poker-in iki qalibi yarışıb. Qeyd etmək lazımdır ki, bu, qeyri-rəsmi şəkildə ən nüfuzlu poker çempionatıdır. Alqoritm öz rəqiblərinə müxtəlif formatlarda qalib gəlib: 5 süni zəka botu və 1 real oyunçu, 5 real oyunçu və 1 süni zəka botu.

    Pluribus botu Libratus adlı botun daha təkmilləşdirilmiş versiyasıdır. Bir neçə il bundan öncə isə Libratus təkbətək oyunlarda öz rəqiblərinə qalib gələ bilirdi. Botun yeni versiyası isə oyun zamanı 128 GB-dan daha aşağı yaddaş göstəricisindən və iki qrafik prosessordan istifadə edir. Facebook-un məlumatına əsasən indiki mərhələdə bu bot eyni anda bir neçə professional poker oyunçusuna qalib gələ bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..