main-post-cover

    Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

    Elm & Texnologiya
    30.07.2021
    Emil Nəcəfov
        Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. Söhbət, Whatsapp, Messenger Instagram-dan gedir. Bundan əlavə olaraq Oculus şirkəti də Facebook-un tərkibinə daxildir və bu şirkət virtual reallıq (VR) sahəsində innovativ məhsulları ilə tanınır. Facebook isə uzunmüddətli perspektivdə məhz virtual reallıq sahəsinə böyük təsir göstərmək istəyir. Bu texnologiya artıq uzun illərdir ki, Facebook yaradıcılarının maraqlarını cəlb edir. Mark Zuckerberg dəfələrlə bildirib ki, o, VR və AR (artırılmış reallıq) sahələrində müxtəlif məhsullar ilə təcrübələr aparır. Artıq məlumdur ki, Facebook Ray-Ban şirkəti ilə birlikdə “smartfon kimi çalışan” smart eynək üzərində çalışır.
        Lakin “smartfon kimi çalışan” cümləsinin hansı mənanı verdiyini indi söyləmək çətin məsələdir. Bu, VR və AR sahəsində olan ən iddialı layihələrdən biridir və o, hər iki şirkətin külli miqdarda vəsaitini sərf edir. Lakin Facebook bu layihənin artıq final mərhələsinə yaxınlaşır. Belə ki, Facebook-un ilk smart eynəyinin təqdimatı artıq gələn il baş tuta bilər. Mark Zuckerberg öz müsahibəsində bildirib ki, məişət texnikası sahəsində növbəti məhsul kateqoriyası məhz smart eynək olacaq. Şirkətin ilk smart eynək modeli xarici görünüşcə adi eynəyi xatırladacaq. Lakin buna baxmayaraq o, özünəməxsus dizaynı ilə seçiləcək.
        Facebook-un əsas ideyası ondan ibarətdir ki, istifadəçilər smart eynəkləri gündəlik həyatda rəqəmsal dünya ilə qarşılıqlı əlaqə aləti kimi istifadə etsinlər. Təəccüblü deyil ki, şirkət smart eynəyin texniki özəllikləri barəsində heç bir məlumat verməyib. Facebook-un yeni məhsulu istifadəçiyə tam VR təcrübəni təqdim etməyəcək. Lakin çox güman ki, o, AR obyektləri istifadəçinin gözlərinə əks etdirə biləcək. Çətin ki, Facebook bu ilin sonuna kimi sözügedən smart eynəyin təqdimatını təşkil edə bilsin. Lakin həmin eynəyin gələn il təqdim olunmasına dair bütün şanslar var.i
    Linki kopyala