main-post-cover

    Facebook təmsilçisi Apple şirkətini seçilmişlər üçün olan eksklüziv kluba bənzətdi

    Elm & Texnologiya
    26.06.2019
    Farid Pardashunas
        Apple şirkəti uzun müddət ərzində Facebook ilə Google şirkətlərini öz istifadəçilərinin konfidensial məlumatlarının lazımi şəkildə qorumadıqları ilə günahlandırırdı. Uzun müddət həmin texnoloji şirkətlər bu cür bəyanatlara reaksiya vermirdilər. Lakin Facebook şirkətinin qlobal məsələləri üzrə rəhbəri buna son qoymağı qərara aldı. O, Apple şirkətini seçilmişlər üçün olan eksklüziv kluba bənzətdi. Bu barədə Zdnet.com saytına istinadən 4pda saytı xəbər verib.
        Daha əvvəllər İngiltərə baş nazirinin müavini və liberal-demokratik partiyasının rəhbəri kimi fəaliyyət göstərmiş və hal hazırda Facebook şirkətinin qlobal məsələləri üzrə şöbəsinə rəhbərlik edən Nick Clegg Berlində çıxışı zamanı Apple şirkəti barəsində fikirlərini bildirib. “Facebook pulsuzdur. O hamı üçün nəzərdə tutulub. Bəzi digər texnoloji şirkətlər öz bahalı təchizatlarını və ya servislərini, bəzi hallarda isə hər ikisini pulla sataraq gəlir əldə edirlər. Onlar varlı və inkişaf etmiş ölkələrin istehlakçılarına yönəlikdirlər. Bu, bahalı təchizat ilə servis almağa qadir seçilmiş istehlakçılar üçün nəzərdə tutulmuş eksklüziv klubdur” - deyə Nick Clegg bildirib.
        Onun sözlərinə əsasən Facebook-da heç bir eksklüzivlik, VIP özəllik və ya biznes-klass yoxdur. Facebook-un servisləri Qvatemaladakı tələbələrə, ABŞ-ın orta qərbindəki maldarlarına, Mumbaidəki ofis işçilərinə, Nayrobidə olan texniki startaplara və Berlindəki taksi sürücülərinə tam açıqdır. Nick Clegg onu da qeyd edib ki, onların texnologiyaları hər bir insan üçün açıqdır və onların servislərindən 2 milyarddan çox insan istifadə edir. Facebook şirkəti həqiqətən də öz servislərini pulsuz şəkildə təqdim edir. Lakin bununla yanaşı o, istifadəçilər barəsində hər bir məlumatı yığaraq reklamlar vasitəsilə gəlir əldə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər