main-post-cover

    Facebook şirkəti üz təyini texnologiyalarından qorunma üçün xüsusi neyroşəbəkə yaradıb (VİDEO)

    Elm & Texnologiya
    29.10.2019
    Farid Pardashunas
        Facebook şirkətinin tədqiqat şöbəsi yeni xüsusi texnologiya hazırlayıb. Həmin texnologiya öz növbəsində hansısa videodakı şəxsin üzündəki əsas hissələri elə dəyişir ki, insan üzünü təyin edə bilən texnologiyalar şəxsi tanımasınlar. Bu barədə Vc.ru saytı xəbər verib. Sözügedən neyroşəbəkə videodakı şəxsin üzününün əsas hissələrini həmin videonu izləyən şəxsin xəbəri olmadan belə dəyişə bilir. Bu halda hətta videodakı şəxsin üz pozası, ona düşən işıq və üz ifadəsi dəyişilməz olaraq qalır. Foto və ya videonun çəkilməsindən sonra hansısa şəxsin üzündə dəyişikliklər reallaşdıran tətbiqlərdən fərqli olaraq bu texnologiya real zaman ərzində çalışır. Facebook şirkəti bu texnologiyanı öz məhsullarında istifadə etmək niyyətində deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər