Facebook şirkəti öz kriptovalyutasını yaratmağı planlaşdırır
12.05.2018
Farid Pardashunas
Facebook şirkəti özünün
kriptovalyutasını yaratmağı planlaşdırır. Bu barədə ABŞ-ın Cheddar adlı
telekanalı xəbər verib. Telekanalın verdiyi məlumata əsasən bu halda milyardlarla insan Facebook-un yaradacağı kriptovalyutanı elektron ödəmələr üçün istifadə
edə bilər. Qeyd etmək lazımdır ki, Facebook şirkəti 1 il bundan öncə blockchain
texnologiyasını müşahidə etməyə başlayıb. Həmin vaxtda bu işlə yalnız bir insan
məşğul olurdu. Bu həftə isə məlum oldu ki, şirkət təqribi olaraq 10 nəfərdən
ibarət xüsusi komanda yaradıb və həmin komanda blockchain texnologiyasının
imkanlarının müşahidəsi ilə məşğul olacaq.
Həmin komandaya şirkətin Messenger üzrə vitse prezidenti David Marcus rəhbərlik edir.
“Digər şirkətlər kimi
Facebook da blockchain texnologiyasının istifadə imkanlarını müşahidə edir. Bu
böyük olmayan komanda blockchain texnologiyasının müxtəlif istifadə sahələrini
tədqiqat edəcək. Bizim daha artıq verə biləcəyimiz məlumat yoxdur” – deyə
sosial şəbəkə təmsilçisi bildirib. Telekanalın məlumatına əsasən Facebook-un
öz kriptovalyuta və blockchain platformasını yaratmağı illərlə zaman alacaq.
Bununla belə şirkət ICO keçirtməyi planlaşdırmır və müəyyən qiymət üzrə məhdud
sayda rəqəmsal tokenləri təqdim etməyi düşünür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)