main-post-cover

    Facebook şirkəti deepfake videoları təyin edəcək texnologiyaların yaradılması üçün konkurs elan etdi

    Elm & Texnologiya
    06.09.2019
    Farid Pardashunas
        Facebook şirkəti deepfake videoları təyin edə biləcək texnologiyaların hazırlanması üçün xüsusi konkurs elan edib. Bu barədə Rusbase saytı xəbər verib. Deepfake Detection Challenge adlı proqram gələn aydan start götürəcək və gələn ilin mart ayına kimi davam edəcək. Proqramın fondu 10 milyon dollar təşkil edir. Bu proqramın iştirakçıları üçün şirkət məşhur aktyorların üzlərini özlərində birləşdirən videolar yaradacaq.
        Şirkət həmin aktyorları videolar bazasının yaradılması üçün dəvət edəcək. Şirkət söz verib ki, bu proses zamanı o, istifadəçilərin özəl məlumatlarından istifadə etməyəcək. Sözügedən proqramın əsas məqsədi isə süni zəka tərəfindən hazırlanaraq istifadəçiləri yanlış fikirlərə yönəldən videoların qarşısını almağı bacaracaq həlləri yaratmaqdır. Proqramın qaliblərini isə xüsusi mexanizm seçəcək.
        Həmin mexanizm müxtəlif komandaların alqoritmlərini qiymətləndirəcək və onların effektivliklərini təyin edəcək. Ən yaxşı texnologiyaların yaradıcıları isə qrantlar və hədiyyələr əldə edəcəklər. Deepfake, neyron şəbəkəsi tərəfindən yaradılan saxta videoçarxdır. Həmin videolarda insanlar əvvəllər demədikləri şeyləri deyirlər və onların üz mimikaları deyilmiş mətnlərə uyğun şəkildə reallaşdırılır. Digər deepfake növlərində isə bir şəxsin üzü digər şəxsin üzü ilə əvəz edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər