main-post-cover

    Facebook, Instagram, Whatsapp'ın öncədən Huawei smartfonlarına quraşdırılmasına qadağa qoyuldu

    Elm & Texnologiya
    07.06.2019
    Emil Nəcəfov
        Bundan sonra Huawei smartfonlarına öncədən Facebook, Instagram və Whatsapp tətbiqləri öncədən quraşdırılmayacaq. Bu barədə Reuters saytına istinadən Rusbase saytı xəbər verib. Hal hazırda Huawei smartfonlarını istifadə edən şəxslər yenə də Facebook tətbiqindən istifadə edəcəklər və həmin smartfonlar üçün Facebook yenilənmələri aktiv olacaq. Lakin yeni Huawei smartfonları üçün sadalanmış tətbiqlərin öncədən quraşdırılması qadağan ediləcək.
        Smartfon istehsalçıları çox zaman məşhur tətbiq tərtibatçıları ilə razılıq əldə edirlər ki, onların tətbiqləri öz smartfonlarına öncədən quraşdırılsın. Bu cür razılığı Huawei şirkəti həmçinin Twitter Booking.com servisləri ilə də əldə edib. Lakin həmin servislər bu məsələ ilə bağlı fikir bildirməkdən imtina ediblər. Qeyd etmək lazımdır ki, May ayının ortasında məhz Reuters saytı xəbər vermişdi ki, ABŞ hökuməti Huawei şirkətini qara siyahıya salıb.
        Nəticədə Huawei-yə xüsusi dövlət icazəsi olmadan ABŞ şirkətlərindən proqram və aparat təminatının alınması qadağan edildi. Daha sonra Google, Intel, Qualcomm, BroadcomARM kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını dayandırdılar. Lakin ABŞ hökuməti yenə də güzəştə gedərək şirkətə 90 günlük fəaliyyət lisenziyası təqdim etdi. Həmin lisenziya çərçivəsində şirkət 90 gün ərzində ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. Lisenziyanın müddəti isə 19 avqust tarixində yekunlaşacaq.
    Linki kopyala