main-post-cover

    Facebook'da bəyənmə saylarının gizlədilməsi test olunur

    Elm & Texnologiya
    27.09.2019
    Emil Nəcəfov
        Facebook şirkəti yaxın zamanda öz sosial şəbəkəsində edilmiş paylaşımlara gəlmiş bəyənmə saylarını və sosial şəbəkədə olan videoların baxış saylarını gizlətməyə imkan verəcək. Hal hazırda şirkət bu yeni funksiyanı Avstraliyada test edir. Bu barədə Engadget saytı xəbər verib. Avstraliyadan olan istifadəçilər bildiriblər ki, paylaşımlara olan bəyənmə sayı yalnız paylaşımı etmiş müəllif üçün görünür.
        “Biz hal hazırda bu yeniliyin sosial şəbəkədən istifadə təcrübəsinə necə təsir etdiyini anlamaq üçün istifadəçilərin rəylərini müşahidə edirik” - deyə Facebook bildirib. Bu cür testi şirkət həmçinin Instagram-da da keçirdir. Şirkətin gözləntilərinə əsasən Facebook-da və Instagram-da olan bu testlərin nəticələri fərqlənəcəklər. Belə ki, hər iki platforma fərqli istifadəçi kütləsinə sahibdir.
    Linki kopyala