main-post-cover

    Evan Blass, Google Pixel XL 2-nin yeni fotosunu, təqdimatdan bir gün öncə təqdim etdi

    Elm & Texnologiya
    03.10.2017
    Farid Pardashunas
    Google Pixel  və Pixel XL 2-nin anonsundan bir gün qabaq Evan Blass, Pixel XL 2-nin yeni keyfiyyətli fotolarını təqdim edib.
    Yeni fotolara nəzər yetirdikdə görmək olar ki, şirkətin yeni flaqman modeli, çərçivəsiz ekrana sahib olsa da, ön paneldəki çərçivələri nazik adlandırmaq çətindir. Bununla yanaşı smartfon, ikili ön panel səsgücləndiriciləri ilə təchiz olunacaq. Bununla yanaşı fotolardan da görmək olar ki, yeni modeldə ənənəvi Google launcher-in dizaynı bir qədər dəyişilib.

    Məlumatlara əsasən Pixel 2 modeli isə adi ekrana sahib olacaq, lakin onun dizaynı, Pixel XL 2-nin ekranı kimi olacaq. Evan Blass-ın verdiyi məlumata əsasən hər iki model, 64 və 128 GB-lıq daxili yaddaş versiyalarında təqdim olunacaqlar. 64 GB daxili yaddaşa sahib Pixel 2, 650$, 128 GB daxili yaddaşa sahib Pixel 2 isə 750$ qiymətinə satılacaq və 19 Oktyabr tarixindən bütün alıcılara təqdim olunacaq. Daxili yaddaş həcmindən asılı olaraq Pixel XL 2 modeli, 850 və 950$ qiymətində 15 Noyabr tarixindən satışa çıxacaq. Qeyd etmək lazımdır ki, bu yeni smartfonlar sabah təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər