main-post-cover

    Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı

    Elm & Texnologiya
    06.12.2019
    Farid Pardashunas
        Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar edib. Belə ki, o, Çinin vençur şirkəti tərəfindən bank köçürülməsi vasitəsilə İsraildən olan startapa göndərilmiş 1 milyon dolları çox maraqlı üsul ilə oğurlayıb. Bunun üçün həmin hacker özünü tərəflər arasındakı danışıqlarda iştirak edən şəxs qismində təqdim edərək hər iki tərəfə də məktublar göndərirdi. Bu barədə Vice.com saytı xəbər verib. İsraildən olan startapın təmsilçiləri Çinin vençur şirkətindən söz verilmiş investisiyanı əldə etməyəndən sonra Check Point şirkətinin mütəxəssislərinə müraciət ediblər.
        Kiçik istintaqdan sonra mütəxəssislər aşkar ediblər ki, hər iki tərəf arasındakı danışıqlarda üçüncü tərəf də iştirak edib və 1 milyon dollar vəsaiti məhz həmin üçüncü tərəf oğurlayıb. Bu işdə hackerin iştirak etməsini hər iki tərəf arasındakı mesajlarda iştirak etmiş kompüterlərin, elektron məktubların və serverlərin incələnməsindən sonra ortaya çıxartmaq mümkün olub. Check Point şirkətinin mütəxəssisləri aşkar ediblər ki, bəzi məktublar hacker tərəfindən redaktə olunub, bəziləri isə ümumiyyətlə tərəflərdən hansınasa göndərilməyib.
        Mütəxəssislərin sözlərinə əsasən həmin hacker həqiqi görünən domenlər yaradıb. Həmin saxta domenləri əsl domenlərdən fərqləndirən özəllik isə adların sonlarında olmuş simvollar olublar. Həmin adlar vasitəsilə hacker eyni mövzu başlıqlı iki məktubu danışıqlarda iştirak etmiş tərəflərə göndərib. Məktubun birində hacker özünü startapın general direktoru kimi, digər məktubda isə Çindən olan vençur şirkətinin meneceri kimi qələmə verib. Bu işdə heç bir şübhəli hala rast gəlməmiş hər iki tərəf hacker ilə ünsiyyəti davam etdirib.
        Müəyyən anda hacker vəsaitin göndərilməsi üçün nəzərdə tutulmuş saxta bank rekvizitlərinin əlavə edilməsi üçün elektron məktubları redaktə edib. İstintaq nəticəsində məlum olub ki, bütün müddət ərzində hacker Çindən olan vençur şirkətə 18 məktub, İsraildən olan startapa isə 14 məktub göndərib.
        Maraqlısı ondadır ki, şirkət təmsilçiləri bəzi sualları aydınlaşdırmaq üçün hətta Şanxayda görüş də keçirtməli idilər. Bu halda hackerin bütün planları suya düşəcəkdi. Lakin həmin hacker bu görüşün baş tutmaması üçün hər iki tərəfə müxtəlif bəhanələr gətirib. Bu cür halların təkrar olunmaması üçün Check Point mütəxəssisləri lazımi şəxslər ilə zəngləşməyi, onlarla şəxsi görüşlər keçirtməyi və saxta domenləri təyin etməyi bacaran alətlərdən istifadə etməyi məsləhət görürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər