main-post-cover

    Ən təhlükəli 6 virusla yoluxmuş noutbuk satışa çıxarılıb

    Elm & Texnologiya
    27.05.2019
    Emil Nəcəfov
        Çindən olan Guo O Dong adlı rəssam öz yaradıcılıq məhsullarından birini satmaq üçün hərrac təşkil edib. Söhbət, 6 təhlükəli virus ilə yoluxmuş Samsung noutbukundan gedir. Rəssamın fikrincə həmin viruslar dünyanın ən təhlükəli viruslarıdır. Rəssam sözügedən müasir incəsənət əsərini “The Persistence of Chaos” adlandırıb. Bu barədə The Verge saytına istinadən Macdigger saytı xəbər verib. 10.2 düym ekrana sahib Samsung noutbuku növbəti viruslarla yoluxub: WannaCry, ILOVEYOU, MyDoom, SoBig, DarkTequilaBlackEnergy.

        Bu müasir incəsənət əsərinin müəllifi olan Guo O Dong-un və ona yardımçı olmuş Deep Instinct (kibercinayətlərin qarşısını almaq üzrə fəaliyyət göstərən şirkət) şirkətinin fikrincə bu viruslar vasitəsilə hücuma məruz qalmış insanlara və təşkilatlara ümumilikdə 95 milyard dollar zərər dəyib. Rəssamın verdiyi məlumata əsasən bu əsər ilə o, rəqəmsal dünyanın abstrakt təhlükələrini materiallaşdırmaq istəyib. Hərrac bugün sona çatacaq. Hal hazırda noutbukun qiyməti 1 milyondan bir qədər çox təşkil edir.
    Linki kopyala