
Keçən həftəki xəbərimizdə bildirmişdik ki, “Tesla” şirkətinin təsisçisi Elon Musk Tesla Semi yük maşınını və Tesla Roadster idman avtomobilinin yenilənmiş versiyasını təqdim edib.
Bu avtomobil saatda 100 km sürəti 2 saniyədən az bir vaxtda yığır və onun maksimal sürəti saatda 400 km-ə bərabərdir. Lakin məlum olub ki, avtomobilin xüsusiyyətləri bununla bitmir. Dünən Elon Musk öz Twitter hesabında bildirib ki, yeni Roadster, avtomobilə uçmaq imkanını verə biləcək əlavə texniki paket əldə edə bilər.
"Fast and Furious" filminə daha 3 seriya çəkiləcək!
“Bizim yeni Roadster modelimizin qısa məsafələrdə uçacağını tam olaraq demirəm. Lakin hər şey ola bilər. Və burda məsələ texnoloji tərəfdə deyil, təhlükəsizlik tərəfdədir. Avtomobillərə raket texnologiyalarının tətbiqi inqilabi imkanlara yolun açılmasında yardımçı ola bilər” – deyə Musk bildirib.
Yenilənmiş Roadster növbəti 2 il ərzində bazara çıxmalıdır. Bu isə o deməkdir ki, avtomobilin uçuş funksiyasının təkmilləşdirilməsi üçün kifayət qədər vaxt var. Bununla belə Elon Musk-ın bir neçə müddət bundan öncə etdiyi böyük bəyanatları nəzərə alsaq, yenə də 2020-ci ilə kimi səbr etmək lazımdır.
Not saying the next gen Roadster special upgrade package *will* definitely enable it to fly short hops, but maybe …
— Elon Musk (@elonmusk) 19 ноября 2017 г.
Certainly possible. Just a question of safety. Rocket tech applied to a car opens up revolutionary possibilities.
Şərh yoxdur