Elon Musk, yaratdığı OpenAI adlı süni zəka təşkilatından ayrıldı
21.02.2018
Farid Pardashunas
Elon Musk həmtəsisçisi olduğu və süni zəka üzrə tədqiqatlar aparan qeyri-kommersiya təşkilatı olan OpenAI-nin direktorlar şurasından ayrılıb.
Bu qərar öz növbəsində Musk-ın digər
layihəsi olan “Tesla” arasındakı konfliktlərin yaranmasının qarşısını alacaq. Qeyd
etmək lazımdır ki, “Tesla” hal-hazırda süni zəka əsasında avtopilotun yaradılması üzərində çalışır. “Tesla-nın süni zəka inkişafına öz diqqətini ayırması ilə
bağlı Musk-ın getməsi gələcəkdə maraqlar arasındakı konfliktlərin yaranmasının
qarşısını alacaq” – deyə OpenAI bildirib. Musk sözügedən təşkilatdan getsə də,
ona həmişəki kimi investisiya yatıracaq və öz konsultasiyalarını verəcək.
Təşkilat
həmçinin yeni investorlar haqqında da məlumat verib. Yeni investorlar arasında “Valve”
şirkətinin təsisçisi Gabe Newell və Skype-ın yaradıcısı Jaan Tallinn var. Əldə
olunacaq yeni investisiyalar əməkdaşlara və süni zəka sahəsində innovasiyalara
yönləndiriləcək. Nəzərinizə çatdıraq ki, OpenAI 2015-ci ilin sonunda Musk və
ABŞ-ın məşhur Y Combinator akselerasiya mərkəzinin təsisçisi Sam Altman tərəfindən
yaradılmışdır. Süni zəka sahəsindəki tədqiqatlardan başqa təşkilat həmçinin
özünün süni zəka alqoritmlərini də hazırlayır. Məsələn təşkilat tərəfindən
yaradılmış süni zəka botu 2017-ci ilin Avqust ayında məşhur Dota 2 oyununda
professional oyunçuya çempionat çərçivəsində qalib gəlmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək