main-post-cover

    Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

    Elm & Texnologiya
    04.03.2021
    Emil Nəcəfov
        Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb. Lakin planetlərarası uçuş reyslərinin hələ reallaşdırılmadığı bir vaxtda Musk kiçik layihələrdən başlamağa qərar verib. Belə ki, o, Texas ştatında kiçik şəhər inşa etməyi planlaşdırır. O hətta şəhər üçün ad da fikirləşib. Lakin şəhərin inşasından əvvəl dövlət strukturlarından icazə alınmalıdır. Bu barədə Bloomberg saytı xəbər verib. Texas ştatında şəhər inşası planı barəsində Musk öz Twitter hesabında bildirib. Məlumata əsasən şirkət Texas ştatındakı Boka-Çika ərazisini Starbase adlı şəhərə çevirmək niyyətindədir. O artıq bu barədə yerli administrasiyaya sorğu göndərib.
        Analitiklərin fikirlərinə əsasən bu cür layihə Musk-ın Texasdakı nüfuzunu artıra bilər. Qeyd etmək lazımdır ki, Texasda SpaceX-in kosmodromundan əlavə olaraq elektromobil istehsalı üçün nəzərdə tutulmuş yeni zavod da inşa edilir. Ueyko şəhərinin yaxınlığında isə raketlərin uçuş sınaqları keçirilir. Musk Texasa köçməmişdən əvvəl 20 il Kaliforniyada yaşayıb. Starbase adlı şəhərin inşasının mümkün olub-olmamasına Kameron adlı əyalətin administrasiyası qərar verəcək. Gələcəkdə isə Musk Starship kosmik gəmilərinin inşasının təşkil edilməsini planlaşdırır. Məhz bu raketlər gələcəkdə Marsa yollanacaqlar. 
    Linki kopyala