main-post-cover

    Elon Musk, Tesla şirkətinin direktorlar şurasından ayrılacaq

    Elm & Texnologiya
    29.09.2018
    Farid Pardashunas
        Elon Musk ABŞ-ın birja və dəyərli kağızlar üzrə komissiyası (SEC) ilə məhkəmə öncəsi razılığa gəlib. Beləliklə Musk Tesla şirkətinin direktorlar şurasının rəhbəri vəzifəsindən ayrılacaq. Lakin buna baxmayarq o hələ də şirkətin CEO vəzifəsində çalışmağa davam edəcək. Üstəlik Musk 20 milyon dollar təzminat ödəməyə də razılaşıb. Üstəgəl 20 milyon dolları həmdə şirkət özü ödəyəcək. Bu məbləğ zərər çəkmiş investorlar arasında paylanacağı planlaşdırılır.
        Musk növbəti 45 gün ərzində direktorlar şurasının sədr vəzifəsindən azad olunacaq. Bununla yanaşı Musk növbəti 3 il ərzində sözügedən vəzifəyə namizəd şəklində çıxmamağa da razılaşıb. Bundan əlavə olaraq Tesla şirkəti direktorlar şurasına 2 yeni üzvü əlavə edəcək və Musk-ın sosial şəbəkələrdəki mesajlarının idarəsi üçün əlavə tədbirlər görəcək. Qeyd etmək lazımdır ki, SEC, Musk-ı Tesla-nın özəl şirkətə çevrilməsi mövzusundakı mesajlar səbəbilə dələduzluqda günahlandırırdı. SEC-in fikrincə bu cür bəyanatlar yalan olub və investorları çaşqınlığa salıb. Musk isə bu günahlandırmaları əsassız adlandırmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər