Elon Musk Tesla şirkətinin 20 milyon dollar dəyərində səhmlərini almağı planlaşdırır
Elm & Texnologiya
18.10.2018
Farid Pardashunas
Elon Musk 20 milyon dollar dəyərində Tesla şirkətinin səhmlərini almağı planlaşdırır. Bu barədə o öz Twitter hesabında ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) ilə razılığından sonra qeyd edib. Qeyd etmək lazımdır ki, SEC-in qərarı ilə Tesla ilə Musk ümumilikdə 40 milyon dollar cərimə ödəməlidirlər. Musk-ın Tesla şirkətinin səhmlərini nə zaman alacağı hələki bilinmir. Tesla şirkəti bu barədə heç bir fikir bildirməyib. Hal hazırda Musk Tesla şirkətinin ən böyük səhmdarıdır. Belə ki, şirkətin 20% səhmi ona məxsusdur. Hal hazırda Tesla şirkətinin bir səhminin qiyməti 280$ təşkil edir. Beləliklə Musk 71428 səhm ala bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)