Elon Musk Tesla Semi yük maşınını və Tesla Roadster idman avtomobilinin yenilənmiş versiyasını təqdim etdi (VİDEO)

Elon Musk Tesla Semi yük maşınını və Tesla Roadster idman avtomobilinin yenilənmiş versiyasını təqdim etdi (VİDEO)

Texnologiya
17.11.2017 PAYLAŞIM

Görünür, Elon Musk deyəndə ki, “Tesla” şirkətinin ilk elektrikli yük maşını hamının ağlını başından alacaq, o heç də məsələni şişirtmirdi.

Tesla Semi adlı elektrikli yük maşını bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə bilir. Bu isə mütəxəssislərin gözləntilərindən iki dəfə çoxdur. Tesla Semi həmçinin bir sıra avtopilot özəlliklərinə də sahibdir. Bu barədə Techcrunch xəbər verib. Yük maşını ilə yanaşı Elon Musk həmçinin Tesla Roadster idman avtomobilinin yenilənmiş versiyasını da təqdim edib.



200.000$ qiymətində satılacaq Tesla Roadster avtomobili bir dəfə şarj olunandan sonra 1000 km yol qətt edə bilir və saatda 400 km sürət yığa bilir. Tesla Semi tamamilə elektrikləşdirilmiş yük maşınıdır. Onun təkcə dizaynı onu digər rəqiblərdən tamamilə fərqləndirir. Yük maşını çox futuristik dizayna sahibdir və görünüşcə turistlər üçün olan lüks sərnişin avtobusuna bənzəyir.


Tesla Semi çox məhsuldar olmağa iddialıdır. Satışların yüksəlməsi baxımından Musk təbii ki, Tesla Semi-yə öz diqqətini ayırır. Qeyd etmək lazımdır ki, sözügedən yük maşınının qiymətini Elon Musk hələ də söyləməyib. Saatda 96 km sürəti Semi 5 saniyə ərzində, bu cür sürəti yüklənmiş vəziyyətdə isə (36 ton) 20 saniyə ərzində yığır.


Bu isə dizelli yük maşınlardan daha yüksək göstəricidir. Musk isə bidlirib ki, Semi istənilən faktorda bütün dizel yük maşınlarından daha yaxşıdır. Bütün yeniliklər onu göstərir ki, Semi dizelli yük maşınlarından daha effektiv olacaq. Yük maşını hətta avtopilot sisteminə də sahibdir.


Təbii ki, həmin sistem yük maşınını tamamilə avtonom rejimə keçirtməsə də, sürücünün işini bir qədər asanlaşdırır. Avtopilot sistemi daxilində yol xəttinin avtonom idarəsi, rahat marşrut kompüterləri, kameralar sistemi var. Tesla Semi-nin istehsalının 2019-cu ildə başlayacağı planlaşdırılır.


Tesla Semi yük maşınından əlavə olaraq Elon Musk həmçinin Tesla Roadster adlı idman avtomobilinin yenilənmiş versiyasını da təqdim edib. O qeyd edib ki, bu, ən sürətli elektromobildir. Saatda 96 km sürəti o, 1.9 saniyəyə, saatda 160 km sürəti isə 4.2 saniyəyə yığır. Avtomobil 200 kilovat saatlıq batareya ilə təchiz olunub. Bu isə 1000 km yol qətt etməyə imkan verir. Onun maksimal sürəti saatda 400 km-dir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×