Elon Musk, Tesla'nın ilk pikap modelinin təqdimat tarixini elan etdi
Elm & Texnologiya
07.11.2019
Farid Pardashunas
Tesla şirkətinin elektrikləşdirilmiş pikap modelini satışa çıxartmaq planları barəsində məlumat hələ bir neçə il bundan öncə ortaya çıxmışdı. İndi isə Elon Musk, Tesla-nın ilk pikap modelinin təqdimat tarixini rəsmi şəkildə elan etdi. Bununla yanaşı o qeyd edib ki, elektropikap futuristik dizayna sahib olacaq. Bu barədə The Verge saytı xəbər verib. Musk-ın verdiyi məlumata əsasən Cybertruck adlı pikap modeli 21 noyabr tarixində SpaceX şirkətinin ərazisində yerləşən dizayn studiasında təqdim olunacaq.
Onun sözlərinə əsasən pikap diqqəti cəlb edən futuristik dizaynda hazırlanıb və Porshce 911 modelinin baza versiyası ilə müqayisədə daha yaxşı göstəricilər əldə edib. Bununla belə şirkət hələ də pikapın fotosunu təqdim etmir. Son məlumatlara əsasən Tesla-nın pikap modelinə 6 nəfər insan yerləşə biləcək və onun qiyməti 50.000$-dan başlayacaq. Gözləntilərə əsasən elektropikap bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)