main-post-cover

    Elon Musk, Tesla Cybertruck-ın nəyə görə belə qəribə dizayna sahib olduğunu açıqladı

    Elm & Texnologiya
    26.11.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Tesla şirkəti Cybertruck adlı pikap modelini təqdim etmişdi. Təqdimatdan sonra elektrikləşdirilmiş pikapın dizaynı barəsində çoxlu sayda memlər ortaya çxdı. Lakin indi Elon Musk, Cybertruck-ın nəyə görə belə qəribə dizayna sahib olduğunu açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Təqdimat zamanı Musk qeyd etmişdi ki, Cybertruck-ın dizaynerləri “Blade Runner” kimi filmlərdən ilhamlanıblar.
        İndi isə Musk etiraf edib ki, əsas məsələ elektromobilin hazırlanmas prosesində istifadə edilmiş materiallardadır. Məsələ burasındaıdr ki, elektromobilin gövdəsi soyuq əymə üsulu ilə hazırlanmış çox dözümlü paslanmaz poladdan hazırlaıb. Bu cür material isə adi pikapların hazırlanmasında istifadə olunan materiallardan qat-qat möhkəmdir.
        Lakin bu cür paslanmaz polad ştamplanmaya məruz qala bilmir. Əks halda o, ştamp cihazını sıradan çıxardar. Nəticədə mühəndislər pikapa ənənəvi formanı verə bilmədilər. Buna görə də onlar 3 mm qalınlığa sahib paslanmaz polad listi bir neçə yerdə əydilər. Çoxlu sayda memlərə baxmayaraq Tesla Cybertruck alıcılar arasında çox məşhurdur. Belə ki, şirkət artıq bu elektromobilin alınması üzrə 200.000-dən çox ön sifariş əldə edib. 
    Linki kopyala