main-post-cover

    Elon Musk: 'Starship-in ilk orbital uçuşunun uğurlu olma ehtimalı 50%-dir'

    Elm & Texnologiya
    15.03.2023
    Emil Nəcəfov
        SpaceX şirkətinin CEO-su Elon Musk ictimaiyyəti Starship raketinin ilk orbital uçuşunun uğursuz ola bilmə ehtimalına hazırlamağa başlayıb. Lakin bununla belə Musk qeyd edib ki, uçuş startı sözün əsl mənasında diqqət çəkən olacaq. Plana əsasən Starship gələcək illərdə astronavtların Artemis III missiyası çərçivəsində Ay səthinə eniş etmələrində istifadə ediləcək. Bundan əlavə olaraq o, gələcəkdə Marsa olacaq missiyalarda da istifadə ediləcək. Lakin ilk növbədə Starship minimum bir uğurlu orbital uçuşu reallaşdırmalıdır. Daha öncə Musk söz vermişdi ki, Starship-in ilk orbital uçuşu 2022-ci ilin dekabr ayında baş tutacaq. Lakin daha sonra şirkət bu uçuş missiyasını 2023-cü ilin birinci rübünə kimi təxirə salmalı oldu. İndi isə Musk bildirib ki, böyük ehtimal ilə Starship-in ilk orbital uçuşu gələn ay baş tutacaq. Bununla yanaşı o əlavə edib ki, sözügedən uçuş missiyasının uğurlu keçmə ehtimalı 50% təşkil edir.
    Linki kopyala