Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

Texnologiya
17.03.2023 PAYLAŞIM

    SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anons edib. Musk öz Twitter hesabında qeyd edib ki, Starship bir neçə həftədən sonra ilk orbital uçuşu üçün tam hazır olacaq. Beləliklə şirkət Starship-in ilk orbital uçuşunu gələn ay reallaşdırmağı planlaşdırır. Lakin bu məsələdə konkret bir tarix təyin edilməyib. Bunun əsas səbəbi isə şirkətin aviasiya üzrə müvafiq dövlət orqanından icazəni hələ almamasındadır.

    Güman olunur ki, Starship-in ilk orbital uçuşu aprel ayının üçüncü həftəsinin sonunda baş tuta bilər. Qeyd etmək lazımdır ki, hələ bir neçə gün bundan öncə Musk bildirmişdi ki, Starship-in ilk orbital uçuşunun uğurlu keçmə ehtimalı 50% təşkil edir. Qeyd etmək lazımdır ki, Starship sistemi 50 metrlik kosmik gəmidən və Super Heavy adlı 70 metrlik ağır raketdən ibarətdir. SpaceX gələcəkdə Starship-i Ay Marsa insanlar ilə müxtəlif növ yüklərin daşınmasında istifadə etməyi planlaşdırır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×