main-post-cover

    Elon Musk Starlink peyk internetinin sürətini işıq sürəti səviyyəsinə çatdırmaq istəyir

    Elm & Texnologiya
    12.09.2021
    Emil Nəcəfov
     
        Elon Musk peyk internetinin işıqlı gələcəyi barəsində danışmağa davam edir. Onun sözlərinə əsasən yaxın gələcəkdə Starlink peyk interneti məlumatları demək olar işıq sürəti ilə ötürə biləcək. Hal hazırda Starlink-i ideal internet şəbəkəsi adlandırmaq çətin məsələdir. Belə ki, bu peyk internetinin sürəti yerüstü internet şəbəkələrinin sürətlərindən geri qalır və onun siqnal ötürülməsində müşahidə olunan gecikmə isə adi naqilli analoqlardakı siqnal gecikmələrini üstələyir. Lakin buna baxmayaraq Elon Musk bu məsələdə optimistdir. Belə ki, yaxın zamanda SpaceX şirkəti Yer kürəsinin orbitinə yeni nəsil Starlink peyklərini yerləşdirəcək.
        Həmin peyklər isə yüksək sürətli lazerlər ilə təchiz olunublar. Bu lazerlər Starlink göstəricilərini yüksəltməklə yanaşı yerüstü stansiyaların istifadəsini lazımsız edəcəklər. Musk-ın sözlərinə əsasən bu texnologiya sayəsində Starlink sürəti fiber optik internetin sürətindən 40% daha yüksək olacaq. Bu isə öz növbəsində yerüstü stansiyalardan istifadə etmədən məlumatların yüksək sürətlə ötürülməsi imkanını yaradacaq. Bu məlumatı nəzərə alaraq güman etmək olar ki, Starlink-in göstəriciləri təqribi olaraq saniyədə 180.832 mil təşkil edəcək. Bu isə işıq sürətinin 97%-ni təşkil edir. Musk internet sürətinin bir neçə dəfə artırılmasını və siqnal gecikməsinin 50 millisaniyəyə endirilməsini planlaşdırır.
    Linki kopyala