main-post-cover

    Elon Musk Starlink peyk internetinin bütün dünyanı nə zaman əhatə edəcəyini elan edib

    Elm & Texnologiya
    30.06.2021
    Farid Pardashunas
        Elon Musk hal hazırda Barselonada keçirilən MWC 2021 sərgisinə videokonfrans vasitəsilə qoşularaq Starlink peyk interneti layihəsi barəsində yeni məlumatlar verib. Onun sözlərinə əsasən Starlink 5G ilə naqilli internet arasında qalmış sahəni dolduracaq. Bundan əlavə olaraq Musk elan edib ki, bu ilin avqust ayından başlayaraq Starlink peyk interneti qütblər istisna olmaqla bütün dünyanı əhatə edəcək. İl ərzində şirkət 500.000 istifadəçiyə xidmət göstərməyi hədəfləyib. Musk-ın sözlərinə əsasən Starlink-in abunəlik haqqı vergilər nəzərə alınmamaqla bütün dünyada 100$ təşkil edəcək.
        Peyk internetinə qoşulmaq üçün nəzərdə tutulmuş xüsusi təchizatın qiyməti isə 500$ təşkil edir. Musk bildirib ki, peyk internetinə qoşulmaq üçün lazım olan təchizatın qiyməti yaxın gələcəkdə 200$-350$-a enə bilər. Belə ki, Starlink istifadəçilərinin bəziləri elektrik enerjisinə sahib olmayan ucqar nöqtələrdə yaşaya bilərlər. Reuters saytının verdiyi məlumata əsasən Starlink stabil gəlir gətirmə anına kimi 5-10 milyard dollar investisiya tələb edəcək.
        Musk-ın sözlərinə əsasən layihənin reallaşdırılması çərçivəsində onun ümumi xərci 20-30 milyard dollar təşkil edə bilər. Hal hazırda isə SpaceX şirkəti Starlink layihəsinin reallaşdırılması məsələsində külli miqdarda vəsait itkisi yaşayır və hələ ki, stabil gəlirdən danışmaq tezdir. Qeyd etmək lazımdır ki, Starlink-in testinə keçən ilin oktyabr ayında start verilmişdi. Bu ilin fevral ayındakı statistikaya əsasən Starlink-in artıq 10.000 istifadəçi kütləsi mövcuddur. May ayında isə Musk elan etmişdi ki, 500.000 potensial istifadəçi Starlink-dən istifadə sorğusunu göndərib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər