main-post-cover

    Elon Musk Roadster-in kosmosdakı son fotosunu paylaşdı

    Elm & Texnologiya
    08.02.2018
    Farid Pardashunas
    Elon Musk Falcon Heavy raketi vasitəsilə kosmosa göndərdiyi Tesla Roadster avtomobilinin sonuncu fotosunu paylaşıb.
        6 Fevral tarixində Falcon Heavy raketi Mars planeti istiqamətində ilk uçuşunu reallaşdırdı. Onun daxilində faydalı yük qismində isə Musk-ın şəxsi Tesla Roadster avtomobili var idi. Avtomobilin daxilinə isə Starman adlı maneken yerləşdirilmişdi. Raketin kosmosa buraxilmasından sonra “SpaceX” avtomobilə quraşdırılmış xüsusi kameralar vasitəsilə onu izləyə bilirdi.
        Həmin kameralar isə canlı yayım vasitəsilə bütün prosesi əks etdirdi. Canlı yayım avtomobilin batareyasının çalışdığı vaxta kimi gedirdi. Musk-ın sözlərinə görə uçuşun startından sonra batareyanın enerjisi 12 saatlıq işə kifayət edib. Batareyanın enerjisi bitəndən sonra kameralar sonuncu fotonu çəkməyə müvəffəq olublar. Daha sonra Musk həmin fotonu öz Instagram hesabında paylaşıb.

        Fotoda Tesla Roadster avtomobili və onun arxa fonunda uzaqlaşan Yer kürəsi əks olunub. Qeyd etmək lazımdır ki, avtomobilin Mars planeti orbitinə çatması planlaşdırılırdı. Lakin uçuş zamanı raketin mühərriklərinin lazım olan vaxtdan çox çalışması nəticəsində avtomobil lazımi orbitdən bir qədər çox uçaraq digər istiqamət aldı. Nəticədə avtomobil Yupiter planetinə yaxın asteroidlər kəmərində yerləşən Serera cırtdan planetinə üz tutub. Daha öncədən də Musk bildirmişdi ki, avtomobilin Mars planeti orbitinə çatması ehtimalı çox azdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər