Elon Musk: 'Rəqib raket 2023-cü ilə kimi kosmosa uçsa papağımı yeyəcəm'

Elon Musk: 'Rəqib raket 2023-cü ilə kimi kosmosa uçsa papağımı yeyəcəm'

Texnologiya
14.02.2018 PAYLAŞIM

Elon Musk Twitter-də növbəti mərci boynuna götürdü.

Lakin bu dəfə o öz uduşuna deyil, uğursuzluğuna mərc gəlib. Onun fikrincə United Launch Allianceşirkəti 2023-cü ilə kimi Vulcan raketini kosmosa buraxa bilməyəcək. Əks halda o öz papağını xardalla yeməyi söz verib. Sözügedən mərc Twitter-də Musk-ın öz izləyiciləri ilə Falcon Heavy raketinin uğurlu start uçuşu barəsində müzakirəsi zamanı yaranıb.

Bir anlıq Musk Falcon Heavy raketinin uçuş xərcini “United Launch Alliance” rəqib şirkətinin Delta-4 raketinin istehsalı ilə müqayisə edib. Bundan əlavə olaraq Musk bildirib ki, Delta-4 raketinin kosmosa uçuş xərcinin böyük olmasına baxmayaraq o aşağı effektivliyə sahibdir. Müəyyən vaxtdan sonra müzakirəyə “United Launch Alliance” şirkətinin CEO-su Tory Bruno qatılıb və Musk ilə razı olmadığını qeyd edib. O qeyd edib ki, Delta-4 raketinin istehsalı o qədər də bahalı olmayıb və bununla yanaşı unikal imkanlara sahib olub.


Çox güman ki, o, Falcon Heavy-nin bu cür imkanlaa sahib olmadığını bildirmək istəyib. Maraqlısı ondadır ki, Tory Bruno yaxın zamanda Vulcan raketinin çıxacağını və Falcon Heavy ilə rəqabət apara biləcəyini bildirib. Cavabında isə Musk ona inanmayıb və qeyd edib ki, raketin uçuş xərci 600 milyon dollardan çoxdur. Lakin heç sirr deyilki Musk-ın ən çox xətrinə dəyən Vulcan raketinin yaxın zamanda kosmik uçuş reallaşdıracağı ehtimalıdır. Buna görə də o, mərc təklif edib. O bildirib ki, rəqib raket 2023-cü ilə kimi kosmosa qalxsa o öz papağını yeyəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Meta-nın ilk smart saatının fotoları təqdim edilib

Hələ 2021-ci ildə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti öz ilk smart saatı üzərində çalışır...


Naqilsiz Nothing Ear (2) qulaqlıqlarının fotoları təqdim edilib

Hələ dünən məlum oldu ki, Nothing şirkəti artıq Nothing Phone (2) smartfonu üzərində çalışır və o bu..


Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib...


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..

×