Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti təqdimatı

Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti təqdimatı

Texnologiya
12.07.2020 PAYLAŞIM

    Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqdimat tədbiri keçirdəcək. Tədbir 28 avqust tarixində baş tutacaq. Bu barədə Musk öz Twitter hesabında elan edib və bununla yanaşı Neuralink şirkətinin sloqanını da qeyd edib: “Qarşısını ala bilmirsənsə başçılıq et”. Bu sloqanda söhbət, insanı geridə qoya biləcək süni zəkanın yaradılacağından gedir. Neuralink şirkəti 2016-cı ildə təsis edilib. Şirkətin əsas məqsədi süni zəka ilə insan arasındakı yarışın şərtlərini bərabərləşdirməkdir.

    Bir neçə il ərzində Musk özünün Tesla SpaceX şirkətləri ilə məşğul olduğu bir vaxtda Neuralink heç kimin diqqətini cəlb etmədən öz işi ilə məşğul olurdu. Lakin keçən ilin iyul ayında insanlar öyrəndilər ki, Neuralink əslində nə ilə məşğuldur. Keçən il keçirilmiş təqdimat çərçivəsində Neuralink şirkəti 4x4 mm ölçüdə olan  N1 adlı çipi təqdim etmişdi. Bu çip insan beyninə yeridilməsi üçün yaradılıb. Bu çip 1024 elektroddan ibarətdir və elektrodun hər biri 5 mikron qalınlığındadır. Çipin özü isə 8 mm diametrə sahib xüsusi gövdənin daxilində yerləşdirilib. Qulağın arxasına quraşdırılması üçün nəzərdə tutulan xüsusi modul çipə birləşərək xüsusi radiosiqnallar göndərmək imkanını verir.


    Həmin radiosiqnallar vasitəsilə isə insan öz fikri sayəsində kompüterdən və ya smartfondan istifadə edə bilər. Bununla yanaşı şirkət çipin insan beyninə quraşdırılması üçün xüsusi robotu da təqdim etmişdi. Keçən ilki təqdimatda qeyd edilmişdi ki, çipin klinik təcrübələri 2020-ci ilin sonunda iflic pasientlər üzərində başlamalıdır. Gələn ay baş tutacaq təqdimatda çox güman ki, çipin yeni versiyası təqdim olunacaq. Neuralink-in gələn ay nə təqdim edəcəyi hələ sirr olaraq qalır. Musk isə insanların maraqlarını artırmağa davam edir. “Yeni versiyanı görəcəyiniz günə kimi səbr edin. Onu keçən ilki versiya ilə müqayisə edərsiniz. Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir” - deyə Musk qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla şirkəti yeni elektromobilin yaradılmasına hazırlaşır

Bir neçə müddət bundan öncə Tesla-nın CEO-su Elon Musk bildirmişdi ki, şirkət 2 yeni elektromobil ya..


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..

×