main-post-cover

    Elon Musk Los Ancelesdəki hazır yeraltı tuneli göstərdi (VİDEO)

    05.11.2018
    Farid Pardashunas
        Elon Musk, Boring Company şirkəti tərəfindən inşa edilmiş ilk yeraltı tuneldə edilmiş səyahətin tam videosunu təqdim edib. Qeyd etmək lazımdır ki, Los Ancelesdə yerləşən bu yeraltı tunelin uzunluğu 3.2 km-dir. Şirkətin ilk yeraltı tuneli SpaceX-in baş ofisi ilə Los Anceles şəhərinin kənar hissəsini birləşdirir. Məhz həmin test tunelində şirkət özünün Loop adlı nəqliyyat növünün sınaqlarını keçirtməyi planlaşdırır.
        Loop nəqliyyat sistemi avtomatlaşdırılmış şəkildə çalışan elektrikli kapsuldan ibarətdir. Bundan əlavə olaraq bura həmdə avtomobillərin daşınması üçün xüsusi elektrikli platforma da daxildir. Hal hazırki mərhələdə sistem 8-16 nəfər sərnişini və bir avtomobili saatda 250 km sürətlə daşıya bilər. Qeyd etmək lazımdır ki, tunelin rəsmi açılışı 10 Dekabr tarixində baç tutacaq.
        Boring Company şirkətinin əsas məqsədi tunellərin inşasına xərclənən vəsaiti 10 dəfə azaldaraq yeni nəqliyyat sistemini yaratmaqdır. Bunun üçün şirkət tunellərin diametrlərini 8.5 metrdən 4.2 metrə kimi azaltmağı və qazıcı cihazların işlərini sürətləndirməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, şirkətin Loop nəqliyyat növü vaxtı ikən Musk tərəfindən təklif olunmuş Hyperloop-dan fərqlənir. Belə ki, Loop sistemi qısa məsafəli səyahətlər üçün nəzərdə tutulub və Hyperloop sistemindəki kimi yüksək sürət göstəricilərini yığmağa qadir deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər