main-post-cover

    Elon Musk'ın The Boring Company şirkəti 100 milyon dollardan çox investisiya aldı

    Elm & Texnologiya
    17.04.2018
    Farid Pardashunas
    Elon Musk -ın Los Anceles şəhərində yeraltı tunellərin ərsəyə gətirilməsi üçün yaratdığı The Boring Company şirkəti 112.52 milyon dollar dəyərində öz ilk investisiyasını aldı. Bu barədə Bloomberg saytı xəbər verib. Həmin investisiya vəsaitinin 100 milyon dollardan bir qədər çoxunu Musk özü yatırıb. İnvestisiyanın digər maliyyə məsələləri barəsində heç bir məlumat verilməyib. Dəyərli kağızlar və birjalar üzrə komissiyanın (SEC) dərc olunmuş sənədlərində həmçinin investisiya etmiş şəxslərin adları da qeyd olunmayıb.
    Sadəcə olaraq məlumdur ki, investisiya raundunda vəsait 31 iştirakçı (fiziki şəxs və ya təşkilat) tərəfindən cəlb olunub. Bloomberg saytı ilə müsahibələrində şirkət təmsilçiləri qeyd ediblər ki, investisiyanın əsas hissəsi (90%-i və ya 100 milyon dollardan bir qədər çoxu) Musk tərəfindən yatırılıb. Qalan hissəsi isə şirkətin digər əməkdaşlarından əldə olunub. Şirkət həmçinin bildirib ki, investisiya raundunda heç bir vençur investoru və ya kənar investor iştirak etməyib. Bununla belə Musk-ın adı şirkət sənədlərində qeyd olunmayıb. The Boring Company şirkətinin CEO-su vəzifəsində SpaceX-in mühəndisi Steve Davis çıxış edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər