main-post-cover

    Elon Musk'ın sərvəti bir həftə ərzində 2 milyard dollar yüksəlib

    Elm & Texnologiya
    04.11.2019
    Emil Nəcəfov
        Tesla SpaceX şirkətlərinin təsisçisi Elon Musk-ın sərvəti bir həftə ərzində 2 milyard dollar yüksələrək 22.9 milyard dollar təşkil edib. Beləliklə Musk, Tesla şirkətinin 2019-cu ilin üçüncü rübü üzrə maliyyə göstəricilərinin təqdim edilməsindən sonra ABŞ-ın ən varlı şəxsləri siyahısında iki pillə qalxıb. Bu barədə Forbes saytı xəbər verib. Tesla şirkəti bu ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini 23 oktyabr tarixində təqdim etmişdi.
        Analitiklər şirkətin üçüncü rübü maliyyə itkisi ilə bitirəcəyini proqnoz edirdilər. Çünki əvvəlki iki rüb də şirkət üçün maliyyə itkisi olmuşdu. Lakin nəticədə şirkət üçüncü rübü 143 milyon dollarlıq təmiz gəlir ilə yekunlaşdırdı. Şirkətin rüb üzrə ümumi gəliri isə 6.3 milyard dollar təşkil etdi. Maliyyə hesabatının təqdim olunmasından sonrakı həftədə Tesla-nın səhmlərinin qiyməti 24% yüksəldi. Yəni 254.7$-dan 316$-a kimi.
        Hal hazırda Tesla-nın bazar dəyəri 56.5 milyard dollar təşkil edir. Bunun fonunda Musk ABŞ-ın ən varlı şəxsləri siyahısında 21-ci yerdə qərarlaşıb. Məlumatda qeyd edilib ki, Musk, Tesla-nın 22%-nə və SpaceX-də 12.5 milyard dollarlıq paya sahibdir. ABŞ-ın ən varlı şəxslərinin top beşliyinə isə Jeff Bezos (144 milyard dollar), Bill Gates (106 milyard dollar), Warren Buffett (81 milyard dollar), Mark Zuckerberg (69.6 milyard dollar) və Larry Ellison (65 milyard dollar) daxildirlər.
    Linki kopyala