main-post-cover

    Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testləri üçün icazə alıb

    Elm & Texnologiya
    26.05.2023
    Farid Pardashunas
        Elon Musk-ın startap statusunu özündə qoruyub saxlayan Neuralink adlı şirkəti beyin implantının hazırlanması ilə məşğul olur. Şirkət hələ bir neçə müddət bundan öncə öz beyin implantının insanlar üzərində testlərinə start vermək istəyirdi və bu istiqamətdə ABŞ-ın müvafiq nizamlayıcı orqanlarından icazənin verilməsini gözləyirdi. Lakin bir neçə ay bundan öncə məlum oldu ki, şirkətə bu icazə təqdim edilməyib. Səbəb isə şirkətin beyin implantı ilə bağlı bəzi mübahisəli məqamları aradan qaldırmaması idi. Görünür, şirkət həmin mübahisəli məqamları aradan qaldıra bilib.
        Belə ki, Neuralink öz texnologiyasının insanlar üzərində test etmək üçün nəzərdə tutulmuş icazəni sonunda əldə edib. Bu barədə məlumatı Neuralink təmsilçiləri veriblər. Məlumatda qeyd edilib ki, şirkət hələ ki, beyin implantının testləri üçün könüllülərin axtarışına start verməyib. Şirkət daha öncə öz texnologiyasını uğurlu şəkildə donuzlarda və meymunlarda test edib. Şirkətin planına əsasən onun hazırladığı beyin implantı nəticə etibarilə iflic insanlara fikir gücü vasitəsilə kompüter və digər cihazlardan istifadə etmək imkanını verəcək. Bu cür beyin implantı həmçinin xüsusi bədən protezlərinin yaradılmasına da yol açır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər