Elon Musk elektrikli təyyarə yaratmaq istəyir?
Elm & Texnologiya
07.09.2018
Farid Pardashunas
Tesla şirkətinin CEO-su Elon Musk-ın sözlərinə əsasən onun
şaquli qalxış və eniş özəllikli elektrikli təyyarəsi istənilən analoqdan daha
yaxşı olacaq. Elektrikli təyyarənin özü isə yüksək hündürlükdə sürətli uçuşlar
üçün nəzərdə tutulacaq. Musk qeyd edib ki, şaquli qalxış və eniş üçün istifadə
olunan sistemlər əsasən sürətli uçuşlar üçün yaramır. Onun fikrincə bu cür
aparatlarda enerji hündürlük yığmaq üçün istifadə olunur. Eniş və və uçuşlar
üçün isə Yer kürəsinin qravitasiya gücündən istifadə olunur.
Bununla belə Musk
qeyd edib ki, elektrikli təyyarə layihəsi onun üçün prioritetli deyil. “Elektrikli
avtomobillər, günəş enerjisi və enerjinin daim saxlanması vacibdir. Təyyarəni
sonraya saxlayarıq” – deyə Musk bildirib. Ümumilikdə o həmçinin insanlığın
qazıntı yanacaqlardan asılılığını tənqid edib və təbii enerji mənbələrinə sürətli
keçidin vacibliyini qeyd edib. “Uzunmüddətli perspektivdə neft bitəcək. Biz
davamlı energetik nəqliyyat infrastrukturu yaratmalıyıq. Bu hələki ləng şəkildə
reallaşır” – deyə Musk əlavə edib. Qeyd etmək lazımdır ki, Musk-ın bütün layihələri
reallaşmır. Bu baxımdan onun elektrikli təyyarə yaradıb-yaratmayacağı sual
altında qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!