main-post-cover

    Elon Musk dördüncü Gigafactory zavodunun inşa ediləcəyi yeri açıqladı

    Elm & Texnologiya
    13.11.2019
    Emil Nəcəfov
        Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda həm elektromobillər həm də batareyalar istehsal olunacaq. Bu barədə Ars Technica saytı xəbər verib. Berlindəki Gigafactory zavodunun 2021-ci ildə işə salınması planlaşdırılır. “Hamı bilir ki, alman mühəndisliyi çox məşhurdur. Bu, bizim Gigafactory Europe zavodunu Almaniyada inşa etməyimizin əsas səbəblərindən biridir. Biz həmçinin Berlində mühəndislik və dizaynerlik mərkəzlərinin istifadəyə verilməsini də planlaşdırırıq. Çünki dünyanın ən yaxşı incəsənət nümunələrindən çoxu məhz burda yerləşirlər” - deyə Musk bildirib.
        Qeyd etmək lazımdır ki, hal hazırda Tesla şirkəti 3 ədəd Gigafactory zavoduna sahibdir. Onlardan biri Nevadada yerləşir və orda elektromobillər üçün batareyalar istehsal olunur. Daha sonra həmin batareyalar Frimontdakı avtomobil zavoduna göndərilir. İkinci Gigafactory Nyu York ştatında yerləşir və orda günəş panelləri istehsal olunur.
        Şirkətin üçüncü Gigafactory zavodu isə Şanxayda inşa edilir və onun inşasının bitməsinə az qalıb. Orda həm batareyalar həm də elektromobillər istehsal olunacaq. Şanxaydakı zavodda artıq test məqsədli istehsalata start verilib. Həmin zavod əsasən Çin bazarı üçün nəzərdə tutulub və Çindəki satışlar üçün büdcəli Model 3 ilə Model Y elektromobillərini istehsal edəcək. Avropadakı Gigafactory-də də həm elektromobillər həm də batareyalar istehsal olunacaq. 
    Linki kopyala