main-post-cover

    Elon Musk: 'Bərpa olunan təbii enerji mənbələrindən imtina, bizləri orta əsrə qaytaracaq'

    Elm & Texnologiya
    31.10.2017
    Farid Pardashunas
    Avstraliyanın günəş enerjisinə və enerji saxlanması sistemlərinə olan marağı təkcə ekoloji təmiz həyat tərzi ilə əlaqəli deyil.
    Belə ki, Avstraliyada olan elektrik qiymətləri dünyada ən yüksək qiymətlər hesab olunur. Buna görə bir çox sakinlər elektrik pulunu ödəmək üçün öz xərclərinə qənaət etməli olurlar. Channel 9 adlı telekanala müsahibdəsində Elon Musk vəziyyəti yaxşılaşdırmaq üçün bütün gücünü sərf edəcəyinə söz verib və bildirib ki, bərpa olunan təbii enerji mənbələri sivilizasiyanın məhv olmasına qarşı yönəlik ən yaxşı üsullardan biridir. Electrek saytının məlumatlarına əsasən Avstraliyada elektroenerji tarifləri dünyanın ən yüksək tarifləridir.
    Belə ki, Cənubi Avstraliyanın bir sıra regionlarının sakinləri 1 kilovat saat enerjiyə 47.13 sent vəsait ödəyirlər. Bu, digər ölkələrin hələ çatmadıqları rekord göstəricidir. Bu cür tariflər ucbatından sakinlər öz hesablarını ödəyə bilmirlər və buna görə də onlar hər şeydə qənaət etməyə çalışırlar. Bəziləri isə elektroenerji pulunu ödəyə bilmədikləri üçün işıqsız qalırlar. Elon Musk-ın şirkəti “Tesla” bir neçə müddət bundan öncə Avstraliya ilə əməkdaşlıq etməyə başlayıb. Ölkədə artıq bu şirkətin Powerwall adlı enerji saxlama sistemləri böyük məşhurluq qazanıb.

    İyul ayında isə şirkət bildirmişdi ki, o, Cənubi Avstraliyada dünyanın ən böyük litium-ion batareyasını quraşdıracaq. Channel 9 adlı telekanalda yayımlanan 60 Minutes verlişində çıxış etmiş Elon Musk bildirib ki, həqiqətən də Avstraliyada olan elektrik krizisindən məlumatsız qalıb.
    “Təbii resurlar ilə zəngin olan bu cür ölkədə hətta qazıntı yanacaqlarından istifadə sayəsində belə, elektrik enerji tarifləri aşağı olmalıdır. Biz daha əzmkarlıqla çalışacağıq” – deyə Musk bildirib.
    Bir çox ailələrin elektrik hesablarını ödəyə bilmədiklərini bilən Musk çox təəccüblənmişdi. Ölkədə artıq “Tesla” şirkətinin bir sıra energetik sistemləri quraşdırılıb. Məsələn, Logan şəhərində 95 kilovat saatlıq quraşdırılmış Powerback sistemi həmin şəhərin sakinlərinə 1.5 milyon dollar qənaət etməyə imkan verir. Öz müsahibəsində Musk bərpa olunan təbii enerji mənbələrindən istifadənin vacibliyini qeyd edib.
    “Gec ya tez qazıntı resursları bitəcək. Və bizim qarşımızda seçim duracaq. Sivilizasiyanın məhvi və orta əsrə qayıtmaq və ya təbii enerji mənbəyinin axtarışı” – deyə Musk öz müsahibəsində bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər