Reklam
Elon Musk-a görə insanlığın gələcəyi necə olacaq

Elon Musk-a görə insanlığın gələcəyi necə olacaq

Texnologiya
20.10.2017 PAYLAŞIM

Tesla” və “SpaceX” şirkətlərinin CEO-su Elon Musk dəfələrlə insan gələcəyi haqqında proqnozlar vermişdir. Tamamilə günəş enerjisinə keçid, Mars planetinin kolonizasiyası və süni zəkanın qalibiyyəti. “RS Components” şirkəti Elon Musk-ın bizlər üçün gördüyü gələcəyin qrafikini tərtib edib.

İnsanlar çoxmərhələli raketlər vasitəsilə kosmosa uçacaqlar (2018-ci il):



2015-ci ildə Elon Musk bildirmişdi ki, onun “SpaceX” şirkəti kosmosa çoxmərhələli raketləri buraxacaq.

Süni zəka insanlar üçün real təhlükə mənbəyi olacaq (2024-cü il):

2014-cü ildə Elon Musk öz müsahibələrindən birində bu sözləri söyləmişdi: “Növbəti 5 il ərzində nəsə dəhşətli bir şeyin baş verməsi ehtimalı çox yüksəkdir (süni zəkanın səhvi ucbatından). Yaxşı halda bu, 10 ildən sonra baş verəcək”. Robotlar hakimiyyəti ələ keçirəcəklərmi?

“Tesla” yeni “Apple” olacaq (2025-ci il):

2015-ci ildə Elon Musk, müasir texnologiyalar dünyasının lideri Applea qarşı iddialı bəyanat vermişdi. Belə ki, o bildirmişdi ki, 2025-ci ilə kimi “Tesla” bazar kapitalizasiyasına görə “Apple” şirkətini keçəcək. Həmin vaxtda “Apple”ın kapitalizasiyası 800 milyard dollar dəyərində qiymətləndirilirdi.

İnsanlar Marsa ayaq basacaqlar (2025-ci il):

Elon Musk-ın fikrincə bir neçə ildən sonra biz Marsa yollana biləcəyik. Mars Yer kürəsindən 55.76 milyon km uzaqlıqda yerləşir. Musk, Marsa 2024-cü ildə uçmağı və 2025-ci ildə ora çatmağı planlaşdırır.

Yeni avtomobillərin yarısından çoxu elektrik vasitəsilə çalışacaq (2027-ci il):

Elon Musk inanır ki, 10 ildən sonra ABŞ-da bütün yeni avtomobillər tamamilə elektriklə çalışacaq və avtopilot sisteminə sahib olacaqlar. Onun fikrincə pilotsuz avtomobillərin reallaşdırılması üçün insanlara heçnə mane olmur. Avtopilot texnologiyasının qarşısında duran yeganə əngəl isə qanundur.

Günəş enerjisi əsas enerji mənbəyi olacaq (2033-cü il):

Sadalanmış şirkətlərdən əlavə olaraq həmçinin “SolarCity”nin də CEO-su olan Elon Musk 2013-cü ildə bildirmişdi ki, günəş enerjisi hər yerdə istifadə olunacaq və qaz da daxil olmaqla yerdə qalan bütün enerji mənbələrinə qalib gələcək. Əks halda insanları dəhşətli fəlakətlər gözləyir.

Avtomobillər artıq sükana sahib olmayacaqlar (2037-ci il):

Musk-ın fikrincə gələcəkdə pilotsuz avtomobillər əsas yeri tutduğundan, sükanlara da ehtiyac qalmayacaq.

Marsda ilk yaşayış məntəqələri yaradılacaq (2040-cı il):

“SpaceX”in uğurları və böyüməsi haqqında danışan zaman Musk bildirib ki, gələcəkdə şirkət, Marsda olacaq minlərlə insanlar üçün böyük şəhərlər tikə biləcək.

Süni zəka, insanı tamamilə geridə qoyacaq (2040-cı il):

Süni zəkanın insanlığa qarşı olan təhlükəsi Elon Musk-ı daim narahat edir. O düşünür ki, 2040-ci ildə süni zəkanın imkanları insanın imkanlarını geridə qoyacaq.

Marsda milyon insan yaşayacaq (2060-cı il):

Musk, Marsda yaşayış yerləri inşa edərək onun vəziyyətini dəyişməyi planlaşdırır. “SpaceX” raketləri vasitəsilə isə insanlar həmin planetə yollanacaqlar.

Mənbə: www.Entrepreneur.com

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur jurnalist: 'Apple Watch 8 bədən temperaturunun ölçülməsi funksiyasını əld..

Bloomberg-in jurnalisti Mark Gurman bu il təqdim olunacağı gözlənilən Apple Watch 8 smart saat seriy..


Huawei Apple AirTag-ın büdcəli versiyası olan Huawei Tag-i təqdim edib - QİYMƏTİ..

Huawei şirkətinin məhsullar siyahısını itmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş kompakt ölçülü..


Xiaomi Mi Band 7 Pro smart qolbağı təqdim edilib - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş təqdimat tədbiri çərçivəsində Xiaomi 12S smartfon seriyasından əlavə ol..


Türkiyənin yeni silahı - Siper | Hava hücumundan müdafiə sistemi

Yeni silah Türk ordusunun aresenalına 2023-cü ildən etibarən daxil olacaq.


Nothing şirkəti yeni naqilsiz qulaqlıqlarını təqdim etməyə hazırlaşır

Keçən il Nothing şirkəti öz ilk məhsulunu satışa çıxartmışdı. Söhbət, Nothing Ear (1) adlı naqilsiz ..


Samsung 3 nanometrlik prosessorların istehsalına start verib

Samsung-un 3 nanometrlik prosessorları istehsal etməyə başladığı barəsində məlumat şirkətin rəsmi sa..

×