main-post-cover

    Elon Musk 10 milyon dollar dəyərində Tesla səhmlərini aldı

    31.10.2018
    Farid Pardashunas
        Elon Musk, Tesla şirkətinin 29.844 ədəd səhmini alıb. Alınmış səhmlərin ümumi dəyəri 10 milyon dollar təşkil edib. Qeyd etmək lazımdır ki, Musk Tesla şirkətinin ən böyük səhmdarıdır. Bu qədər səhmin alınmasından sonra onun şirkət səhmdarı göstəricisi 20%-ə yaxınlaşıb. Musk həmçinin Tesla şirkətinin 20 milyon dollar dəyərində yeni səhmləri buraxacağını gözləyir. Beləliklə Musk yeni səhmlərin alınmasını gələn ayın əvvəlinə planlaşdırır. Qeyd etmək lazımdır ki, Musk hələ bu ilin Mart, May və İyun aylarında da şirkətin səhmlərini almışdı. Mart ayında o, 25 milyon dollar dəyərində, May ayında 9.8 milyon dollar dəyərində, İyun ayında isə 29.4 milyon dollar dəyərində şirkət səhmlərini əldə etmişdi. Qeyd etmək lazımdır ki, Musk yenicə əldə etdiyi səhmləri 3 tur çərçivəsində alıb. Birinci turda o, bir səhmə görə 334.24$, ikinci turda bir səhmə görə 334.28$, üçüncü turda isə bir səhmə görə 334.93$ ödəyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər