main-post-cover

    Edward Snowden məmurlara Whatsapp və Telegram'dan istifadə etməməyi məsləhət gördü

    Elm & Texnologiya
    17.09.2019
    Emil Nəcəfov
        Whatsapp Telegram-dan istifadə etmək qeyri təhlükəsizdir. Bu barədə ABŞ-ın milli təhlükəsizlik agentliyinin keçmiş əməkdaşı Edward Snowden Fransanın France Inter adlı radiostansiyasına müsahibəsində bildirib. Söhbət çərçivəsində radiostansiyanın jurnalisti bildirib ki, Fransanın baş naziri Edouard Philippe digər nazirlərlə ünsiyyətdə Whatsapp, Fransa prezidenti Emmanuel Macron isə Telegram-dan istifadə edir. Daha sonra jurnalist Edward Snowden-dən bu tətbiqlərdən istifadənin nə dərəcədə riskli olduğunu soruşub.
        O isə öz növbəsində bildirib ki, bu iki tətbiq SMS-dən və şifrələnməmiş telefondan daha yaxşıdır. Lakin əgər siz baş nazirsinizsə onlardan istifadə etmək risklidir. Whatsapp və Telegram-ın yerinə Edward Snowden Signal Wire messencerlərini məsləhət görüb. Qeyd etmək lazımdır ki, Edward Snowden ilk dəfə deyil ki, Telegram-a tənqidlə yanaşır. Hələ 2016-cı ildə o bildirmişdi ki, Whatsapp Telegram-dan daha təhlükəsizdir. Həmin vaxtda isə Telegram-ın yaradıcısı Pavel Durov onunla mübahisə edərək bildirmişdi ki, Whatsapp istifadəçi mesajlarını şifrələnməmiş şəkildə saxlayır.
    Linki kopyala