main-post-cover

    DxOmark lideri dəyişdi: Huawei P40 Pro, ən yaxşı kamera malik smartfon oldu

    Elm & Texnologiya
    31.03.2020
    Nijat Hamid
            Huawei keçən günlərdə yeni flaqman seriyası P40-ı təqdim etmişdi. P40, P40 ProP40 Pro+ modellərindən ibarət smartfon seriyasında şirkət rəqibləri kimi 108 MP-lik sensor əvəzinə 50 MP-lik və daha təkmilləşmiş sensordan istifadə etmişdi. Təqdimat zamanı smartfonların kamera özəlliklərini və yenilikləri danışıb bitirə bilməyən şirkət, DxOmark tərəfindən edilən kamera testlərində lider oldu. DxOmark-ın açıqladığı test nəticəsinə görə Huawei P40 Pro, hal-hazırda ən yaxşı kameraya malik smartfondur.

    Huawei P40 Pro, DxOmark testlərindən 128 xal topladı. Şəkil performansı 140, video performansı 104 xal topladı.

            Huawei P40 Pro modelində əsas kamera olaraq 50 Mp-lik Quad-Bayer kamera sensorları istifadə olunub. F 1/8 diaqrafmaya malik əsas kamera həm OIS, həm də PDAF dəstəkləyir. DxOmark mühəndislərinin dediklərinə görə bu smartfon həm gecə çəkilişlərində, həm də məkan çəkilişlərində çox mükəmməl iş ortaya qoyur. Həm rənglərin kontraslığı, həm fokuslama mexanizminin mükəmməl işləməsi şəkil performansını ciddi dərəcə artırır.
            Lakin bir məsələ var ki. DxOmark-a istifadəçilər çox da güvənmir. Yaxın günlərdə Xiaomi Mi 10 Pro üçün də test nəticələri açıqlanmışdı. Lakin ortaya çıxdı ki, Mi 10 Pro xüsusi kamera optimizasiyaları edilərək DxOmark mühəndislərinə göndərilib. Həmin optimizasiyalar isə yaxın günlərdə istifadəçilərin smartfonlarına göndərilə bilib. Qısaca şirkətlər daha yaxşı nəticələr əldə olunsun deyə bəzi dəyişikliklər edə bilirlər.

    DxOmark-ın Huawei P40 Pro kamera testi

    Linki kopyala