main-post-cover

    Dünyanın ilk 6 nm-lik prosessoru AMD Ryzen 6000 ola bilər

    Elm & Texnologiya
    06.06.2020
    Nijat Hamid
            AMD şirkəti noutbuklar üçün hazırladığı Ryzen 4000 "Renoir" prosessorlar ilə rəqibi Intel-i keçdi. İndi isə şirkət Desktop (stolüstü) kompüterlər üçün Ryzen 4000 prosessorlarını hazırlayır və bu il təqdim edəcək. İnternetdə sızdırılan AMD şirkətinin yol xəritəsinə görə 2022-də çıxması gözlənilən AMD Ryzen 6000 seriyalı prosessorlar dünyanın ilk 6 nm istehsal arxitekturasında hazırlana bilər.

    'Rembrandt' kod adlı Ryzen 6000 prosessorları Zen 3+ arxitekturası üzərində hazırlanacaq və çox güclü olacaq.

            Wccftech tərəfindən yayımlanan məlumatlara görə AMD şirkəti Zen 3+ arxitekturası üzərində qurulan Ryzen 6000 prosessorları dünyanın ilk 6 nm-də hazırlanan prosessorları olacaq. Bəhs etdiyimiz bu prosessorlar enerjini daha effektiv istifadə edərək daha çox performans verə biləcək. AMD bu prosessorların istehsalı üçün TSMC şirkəti ilə birliktə işləyəcək.
            Bu prosessorlar APU olacaq. Yəni prosessorun daxilində bir ədəd videokart olacaq. Sızdırılan məlumatlardan biri də odur ki, bu videokartlar da yeni RDNA 2 arxitekturasına keçid edəcəklər. Bu arxitektura ilə prosessor daxilindəki videokart belə Ray Tracing dəstəyinə malik olacaq və bu da dünyada bir ilk olacaq. Çünki adətən prosessor daxilində gələn videokartlar zəif olur və  görüntü ötürmək üçün istifadə olunur. Beləliklə oyunları da 2-ci videokarta ehtiyac olmadan oynamaq mümkün ola bilər.
    Linki kopyala